Xaçmazda "Dayanıqlı İnkişaf və sağlam dünya" adlı təlim-seminar keçirilib. Bu haqda ShimalNews 9 aprel tarixində məlumat verir.
Heydər Əliyev Mərkəzində baş tutan görüş zamanı iştirakçılara əsas ekoloji prinsiplər, ekoloji davamlılığın təmin edilməsi, bu sahədə iqtisadi- ekoloji perspektivlər barədə məlumat verilib. Burada insan faktorunun səbəb olduğu ekoloji problemlər və onların minunuma endirilməsi üçün atılması vacib olan addımlar istiqamətində danışılıb.