top
İlkin Ağaquliyevin anası: Uşaq yaşlarından şəhid olacağını deyirdi
24 oktyabr 2024, 10:34
- ↺ +

İlkin Ağaquliyevin anası: "Uşaq yaşlarından şəhid olacağını deyirdi"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabran şəhər sakini, Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin anası Səfurə Ağaquliyeva oğlu haqqında xatirələrini danışıb.

Bizim.Media-nın məlumatına görə, İlkin ailənin 18 ildən sonra dünyaya gələn tək övladı idi:

"İlkin mənim yeganə balam idi. Varım-yoxum tək o idi. İlkin başımın tacı, ürəyimin sevinci idi. Onsuz çox çətindir bizə, mən də, atası da onsuz çox darıxırıq", - deyə şəhid anası bildirib.

Səfurə xanım oğlu haqqında deyir ki, çox vətənpərvər uşaq olub. Onun oxuduğu Şabran şəhərindəki 1 saylı orta məktəbdə müəllimləri də, sinif yoldaşları da bunu yaxşı bilir. O, həmişə bizə şəhid olacağını deyirdi, hətta tarix müəlliminə necə şəhid olacağını da deyibmiş, hamısı düz çıxdı:

"6-cı sinifdən 11-ci sinfə kimi həmişə "mən şəhid olacağam" deyirdi, həmişə "Ya Qarabağ, ya ölüm!"-deyib zümzümə edirdi. Mən deyirdim, nə şəhid olmaq? Sən tək uşaqsan. Mənə deyirdi ki, hamı bir dənədir də. Ermənini torpağımızdan qovmalıyıq.

Bir dəfə məktəbdə tarix dərsində müəlliminə belə bir söz demişdi, “müəllim, müharibə başlayacaq, mən əsgər gedəcəyəm. İki qaşımın arasından erməni tərəfindən snayperlə vurulacağam”. Müəllim də ona "sən bu arıq canınla necə döyüşəcəksən?- deyibmiş. Bunu tarix müəllimi İlkinin yas mərasiminə gələrkən danışdı. Dedi ki, necə də düz deyib İlkin. Həqiqətən o alnından snayperlə vurularaq şəhid olmuşdu.

Səfurə xanım danışır ki, oğlu cəbhədə olarkən rayondakı yoldaşları ilə əlaqə saxlayırdı. Rayona neçə şəhid gəldiyini soruşmuşdu. Biləndə ki, 18-ci şəhid gəlib, demişdi ki, “Şabrana gələn 20-ci şəhid mən olacağam”. O, sözü də düz oldu."

İlkin Ağaquliyev hərbi xidmətdən əvvəl Mingəçevirdəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki Tərbiyə müəllimliyi ixtisası üzrə oxuyub. 2018-ci ildə hərbi xidmətə gedib, əsgərlikdən sonra MAXE kimi Əlahiddə Həmlə batalyonunda müddətdən artıq hərbi xidmətini davam etdirib.

Anası Səfurə xanım da, dayısı oğlu Ariz İskəndərov da onun müharibə başlayan gecəsi mobil telefonunda yazdığı statusdan danışdılar:

"Sabah hamının gözlədiyi gündür...çalışacam hər kəsə hər şeyi sübut eləyim. Əlvida... Qanlı səhər..."

Dayısı oğlu Ariz İskəndərovİlkinin uşaqlıqdan nifrət etdiyi erməniyə necə qan uddurduğundan söz açır:

“Döyüşlərdə ermənilərin maşın və silahlarını qoyub qaçmalarına da videolentə alır və daim irəli gedirdi”.

Ariz İskəndərov bibisinin yeganə oğlunun Murovdağda, Suqovuşanda, Ağdərədə pulemyotçu kimi igidliklə vuruşduğunu deyir. Onun Ağdərənin Tonaşen kəndində şəhid olmuş komandirinin və 3 hərbçi yoldaşının nəşini çıxarandan sonra snayperlə alnından vurularaq şəhid olduğunu bildirir.

2020-ci il oktyabr ayının 18-də Şabran Şəhidlər Xiyabanında dəfn olunan 20 yaşlı İlkin Ağaquliyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmadına görə" medalları ilə təltif edilib. Ağaquliyevlər ailəsi, bütün doğmaları yeganə oğulları İlkinlə fəxr edir, qürur duyurlar. Anası deyir, günüm Şəhidlər Xiyabanında İlkinin məzarı yanında keçir.

“Yeganə təsəllimiz odur ki, "uşaqlıqdan "Ya Qarabağ, ya ölüm"deyimini zümzümə edən 20 yaşlı İlkin 30 ildən çox düşmən tapdağında olan Qarabağı azad edənlərdən biri oldu”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Bu gün, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Bu gün, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Bu gün, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Bu gün, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Bu gün, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Bu gün, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Bu gün, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Bu gün, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
29 oktyabr 2026, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
29 oktyabr 2026, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
29 oktyabr 2026, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Oxşar xəbərlər