Azərbaycanda ilk dəfə olaraq, Qubamızın ölkənin “İdman paytaxtı” seçilməsi münasibətilə şənlik təşkil olunacaq. Bu barədə ShimalNews 12 yanvar tarixində məlumat verir.
“Quba - İdman Paytaxtı 2024”ün rəsmi açılış mərasimi yanvarın 15-i saat 11:30-da “ASAN xidmət” mərkəzinin qarşısında təşkil olunacaq.
Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tanınmış incəsənət ustaları və populyar müğənnilərin iştirakı ilə möhtəşəm konsert proqramı baş tutacaq.
Daha öncə - 7 dekabr 2023-cü il tarixində 13 şəhər və rayon arasında Quba şəhərinin “İdman paytaxtı” seçilməsi haqda xəbər vermişdik.