Şimal bölgəsinin dağlıq rayonlarında qar yağıb. Bu haqda ShimalNews 24 fevral tarixində məlumat verir.
Milli Hidrometeorologiya Xidmətinin saat 10:30-a olan məlumata əsasən, qar örtüyünün hündürlüyü Şahdağda 4 sm, Qrızda 3 sm olub.
Düşən yağıntının miqdarı Şabran, Quba, Qusar, Xaltanda 4 mm-dək olub. Quba, Qusar, Qrız, Şahdağda duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta olub.