Gənclər və idman naziri Fərid Qayıbov İsmayıllı və Ağsu sakinlərini qəbul edəcək. Bu barədə ShimalNews 4 dekabr tarixində nazirliyə istinadən xəbər verir.
Görüş 9 dekabr tarixində saat 10:00-dan Ağsu rayon Heydər Əliyev Mərkəzində başlayacaq. Qəbula gəlmək istəyən şəxslər aşağıdakı telefon nömrələri və elektron ünvanlar vasitəsilə müraciət edə bilərlər:
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı telefon nömrələri və e-maillər vasitəsilə müraciət edə bilərlər:
Əlaqə nömrəsi: Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi (050) 311-03-55 ([email protected]), Gənclər və İdman Nazirliyi – 187 ([email protected]).
Ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi, 25.