Quba-Xaçmaz iqtisadi regionundan “Gənc Fest” festivalında iştirak etmiş gənclər mükafatlandırılıblar. Bu barədə ShimalNews 5 yanvar tarixində məlumat verir.
Mərasim Quba Olimpiya İdman Kompleksində baş tutub. İştirakçılar Gənclər və İdman Nazirliyinin sertifikatları ilə təltif olunublar.
Qeyd edək ki, festival Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.