Xaçmazda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə ShimalNews 13 mart tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi səhifəsinə istinadən məlumat verir.
Ünvana cəlb olunan xilasetmə qüvvələri müvafiq xilasetmə tədbirləri keçirib. Nəticədə vətəndaşa köməklik göstərilib.