Xaçmaz şəhərində ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda ShimalNews 18 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Tikilinin 2-ci mərtəbəsində ümumi sahəsi 80 kv.m olan mənzilin 1 otağının tavanı 8 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.