Xaçmaz rayonunun Ağaverdioba kəndində yanğın baş verib. Bu barədə ShimalNews 11 yanvar tarixində xəbər verir.
Ümumi sahəsi 130 kv.m olan birmərtəbəli inzibati binanın damı yanıb. Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.