Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Qubada nümunəvi dərs təşkil olunub. Bu barədə ShimalNews 19 aprel tarixində nazirliyə istinadən məlumat verir.
Tədbir Dövlət Pedaqoji Universitetinin filialında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda keçirilib. Burada məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Mərkəzin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar nümayiş etdirilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.