Qusar rayonunun Şirvanlı kənd tam orta məktəbində Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən maarifləndirmə tədbiri keçirilib. Bu haqda ShimalNews 24 fevral tarixində xəbər verir.
Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin iştirakı ilə baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı müvafiq biliklər verilib. Eləcə də FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub. Daha sonra ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.