Qubada fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirici tədbir keçirilib. Bu haqda ShimalNews 9 aprel tarixində məlumat verir.
Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin iştirakı ilə Şimal Regional Mərkəzi tərəfindən Quba şəhəri Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. İştirakçılara FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.