top
Ər şübhələnərək arvadını telefonla izləyib 
03 mart 2025, 21:10
- ↺ +

Ər şübhələnərək arvadını telefonla izləyib 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balakən rayonunda 49 yaşlı Mətin qısqanclıq zəminində həyat yoldaşı Banuya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Pravda.az-ın məlumatına görə, hadisə 18 yanvar 2023-cü ildə Balakən rayonundakı kəndlərin birində baş verib.

Mətin həmin gün səhər saat 9:00 radələrində yaşadığı evdə mübahisə zamanı həyat yoldaşı Banunun üz nahiyəsinə başı ilə zərbə vurub. Daha sonra ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ardınca masanın üzərindən götürdüyü bıçaqla qadını vurub.

İstintaq orqanı tərəfindən Mətinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətin ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2007-ci ildə Banu ilə evlənib: “Banu 2021-ci ilin yayından Balakən şəhərində bazarın ərazisindəki çörək sexində fəhlə işləyir. Son vaxtlar onun işlətdiyi mobil telefonuna baxdıqda, telefona daxil olan və çıxan zənglərin silindiyini gördüm. Bu, məndə şübhə yaratdı. Həyat yoldaşım mənə soyuqluq etdiyindən şübhələrim artdı. Qeyd olunan səbəbdən həyat yoldaşımın hər hansı şəxslərlə əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək qərarına gəldim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu məqsədlə 6 yanvar 2023-cü ildə təxminən səhər saat 10:00 radələrində özünə məxsus “Samsung Duos” markalı telefonun səsyazan funksiyasını açaraq telefonu Banunun yatdığı çarpayının altına qoyub:

“Bir müddət sonra telefonu götürərək səsyazılarına qulaq asdıqda həm televizordan gələn səsləri, həm də kişi cinsli şəxsə məxsus səs eşitdim. Kişini tanımadım. Bu səbəbdən arvadım mənə xəyanət etdiyini fikirləşdim və onu cəzalandırmaq qərarına gəldim. Yanvarın 18-də saat 9:00 radələrində Banu ilə söhbət əsnasında səsyazısını ona dinlətdirdim, səsi gələn kişinin kim olduğunu soruşdum. Banu isə bunları inkar elədi, mənə xəyanət etmədiyini bildirdi. Mən əsəbləşərək başımla onun sifətinə bir zərbə vurdum. Banunun dodağından qan axmağa başladı”.

Mətinin ifadəsinə görə, mübahisə zamanı Banu çarpayının üstünə yıxılıb: “Stolun üzərində olan mətbəx bıçağını götürdüm, əvvəlcə onun göz nahiyəsinə, ardınca çiyninə, daha sonra isə hazırda xatırlamadığım yerlərinə bıçaq zərbələri vurdum. Banudan qan axmağa başladığı üçün dayandım. Ona tibbi yardım göstərərək əl-üzünü yumasına və əynində olan qana bulaşmış paltarları dəyişməsinə köməklik göstərdim. Bu barədə telefonla anama və qardaşıma məlumat verdim. 

Qardaşım hadisə ilə bağlı həm polisə, həm də təcili yardım xidmətinə məlumat verdi. Banu təcili yardım maşını ilə xəstəxanaya, mən isə polis əməkdaşları tərəfindən Balakən Rayon Polis Şöbəsinə aparıldım. Əlimdəki bıçağı tulladığım yeri xatırlamıram”. 

 

İş üzrə zərərçəkmiş qismində Banu ifadə verib: “Səsyazısına qulaq asdıqda bunların televizordan gələn səs olduğunu dedim. Mətin isə inanmadı, səsi gələn kişinin kim olduğunu soruşdu. Mən bir daha Mətinə televizordakı verilişdən səs gəldiyini dedim. Mətin başı ilə ağız nahiyəmə bir zərbə vurdu, dodağımdan qan axmağa başladı. Daha sonra stolun üzərində olan mətbəx bıçağını götürərək məni çarpayının üzərinə yıxdı. Ardınca sol çiyin, ürək, göz və sifət nahiyələrimə bıçaqla zərbələr endirdi”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Mətin əməllərini dayandırıb: “Mənə tibbi yardım göstərdi, əl-üzümü yumağıma, qana bulaşan paltarlarımı dəyişməyimə kömək elədi, telefonda anama məlumat verdi. Ardınca isə evi tərk edərək getdi. Bir müddət sonra anam, digər qohumlarımız gəldi. Mənim yerdə qana bulamış vəziyyətdə uzandığımı gördülər. Təcili yardım maşını ilə məni Balakən Rayon Mərkəzi xəstəxanasına apardılar”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mətinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunub və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmasını istəyib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Dünən, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Dünən, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
11 noyabr 2026, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
11 noyabr 2026, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
11 noyabr 2026, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
11 noyabr 2026, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
11 noyabr 2026, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
11 noyabr 2026, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
11 noyabr 2026, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
11 noyabr 2026, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
11 noyabr 2026, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

İqtisadiyyat
11 noyabr 2026, 13:40

Dağ və sərhəd kəndləri üçün xüsusi kommunal güzəştlər təklif edildi

Cəmiyyət
11 noyabr 2026, 13:00

Ünvanlar fərqli, şikayətlər eyni: Xaçmazda yolların dərdi bitmir

Cəmiyyət
11 noyabr 2026, 12:00

Rəşad Mustafayev Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək

Hadisə
11 noyabr 2026, 11:00

Şamaxıda 50 yaşlı qadın su çənində boğulub

Oxşar xəbərlər