top
Ədliyyə nazirnin yeni müavinlərinin DOSYELƏRİ
09 sentyabr 2024, 16:40
- ↺ +

Ədliyyə nazirnin yeni müavinlərinin DOSYELƏRİ

Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib.

O, 2020-ci ilin iyun ayında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi təyin edilmiş və hazırkı təyinata qədər qeyd olunan vəzifədə işləyib. Ölkə başçısının müvafiq Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsili alıb.

Toğrul Hüseynov 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də, 2017-2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb. Son təyinata qədər Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 00:11

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin başlamasından 6 il ötür

Hadisə
26 sentyabr 2026, 17:31

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın qardaşı sevgilsini qarət məqsədilə öldürübmüş

Cəmiyyət
26 sentyabr 2026, 16:53

Şimalda sabahın hava proqnozu

Cəmiyyət
26 sentyabr 2026, 15:52

Şimalda "başı bəlalı" magistral yol

Cəmiyyət
26 sentyabr 2026, 14:53

Xudatda uşaq bağçasının qarşısında antisanitariya

Cəmiyyət
26 sentyabr 2026, 14:08

Qubalı Fatmanın unudulmayan sənət yolu

Cəmiyyət
26 sentyabr 2026, 12:30

Qubada yaşıllıqlara ziyan vurulub

Cəmiyyət
26 sentyabr 2026, 11:45

Qubada sentyabrda avtomobil yollarında torpaq sürüşmələrinin siyahısı

Cəmiyyət
26 sentyabr 2026, 10:48

Balakəndə qədim alban məbədləri: 4 hektarlıq kompleksin 7 tikilisi də aşkarlanıb

Cəmiyyət
26 sentyabr 2026, 09:55

Qubanın tarixini yaşadan abidələr: Qırmızı qəsəbənin sinaqoqu, Ərdəbil məscidi və qədim kilsə

Cəmiyyət
26 sentyabr 2026, 00:35

Prezidentdən döyüş bayrağı alan qusarlı polkovnikə VƏZİFƏ VERİLİB

Cəmiyyət
25 sentyabr 2026, 22:57

Qaxda qəzaların ünvanı olan kəsişməyə 4 yeni işıqfor quraşdırıldı

Hadisə
25 sentyabr 2026, 21:04

Təbiətə 226 min manata yaxın ziyan vurdular

Hadisə
25 sentyabr 2026, 19:32

Xaçmazlı kişi otaq yoldaşının kartından pul oğurladı, borcunu bağladı

Cəmiyyət
25 sentyabr 2026, 17:48

Balaca fidanlar Xudatda şəhidlərimizin xatirəsini anıb - VIDEO

Hadisə
25 sentyabr 2026, 16:43

Bakı–Quba yolunda yük avtomobili qəzaya düşüb

Cəmiyyət
25 sentyabr 2026, 16:19

Nazir Quba və Qusar sakinlərini qəbul edib

Hadisə
25 sentyabr 2026, 15:22

Magistral yolda düzülən iri daşlar qəzaya səbəb olub - VIDEO

Kriminal
25 sentyabr 2026, 14:55

Zaqatalada keçmiş məhkumda 1,5 kiloqram narkotik aşkarlanıb

Cəmiyyət
25 sentyabr 2026, 14:20

Payızda yollarda diqqətli olun – Sürücülərə və piyadalara xəbərdarlıq

Cəmiyyət
25 sentyabr 2026, 13:52

Qubada fövqəladə vəziyyətə hazırlıq təlimi keçirilib

İqtisadiyyat
25 sentyabr 2026, 13:15

Hərbçilərin maaşları orta hesabla 22,8 faiz artırılacaq

Cəmiyyət
25 sentyabr 2026, 12:30

Siyəzən–Şabran marşrutu ilə bağlı narazılıq: Sərnişinlər çarəsiz qalıb

Oxşar xəbərlər