Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəis vəzifəsinə təyinat edilib.
Qaynarinfo xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb. İdarənin yeni rəisi Elmin Həsənov olacaq.
Həsənov Elmin Ağamusa oğlu 4 iyun 2024-cü il tarixli əmrlə yeni yaradılan Bələdiyyələrlə İş Baş İdarəsinə rəhbərlik edirdi. O, bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini vəzifəsini tutub.