Baş DYP İdarəsi Xaçmaz rayonunda nəzarət tədbirləri keçirib. Bu barədə ShimalNews 22 aprel tarixində məlumat verir.
Yollarda təşkil olunmuş postlarda avtomobillərin atmosferə atdığı zərərli maddələrin miqdarı ölçülüb. Göstəricilərin normadan artıq olan nəqliyyat vasitələrinin sürücülərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görülüb. Eləcə də nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı onlarla maarifləndirmə xarakterli söhbətlər aparılıb.