Qubada məktəblilərə narkotiklərin fəsadları barədə məlumat verilib. Bu haqda ShimalNews 15 yanvar tarixində məlumat verir.
“Narkomaniyaya yox deyək” mövzusunda təşkil edilən tədbir Qaraçay kənd tam orta məktəbində keçirilib. RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Gürel Məmmədov şagirdlərə narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb. RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis kapitanı Orxan Şahmarov isə “ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin vacibliyi barədə məlumat verib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.