İsmayıllı rayonunda bir nəfərin qanunsuz silah saxladığı müəyyən edilib. Bu haqda ShimalNews 12 fevral tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon sakinindən “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.