İsmayıllı rayonunda sakin ov tüfənglərini könüllü olaraq polisə təhvil verib. Bu haqda ShimalNews 21 noyabr tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər keçirilib. Nəticədə 1 nəfər saxladığı 2 odlu silahı təqdim edib.
Bundan əlavə, rayon ərazisində qanunsuz ov edən şəxs müəyyən edilib. Ondan da ov zamanı istifadə etdiyi tüfəng götürülüb.