Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Qubaya səfər edib. Bu barədə ShimalNews 12 iyun tarixində məlumat verir.
Mədəniyyət evində Pərvin Nurəliyevanın "Dəcəl keçi" tamaşası uşaqlar üçün təqdim edilib. Əsas ideya isə keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqidi olub.
Səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Rollarda Səbinə Məmmədzadə, İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Ədalət Əbdülsəməd və Vahid Orucoğlu çıxış ediblər.