top
Bazarlarda kənd məhsulu qıtlığı: Alıcılar nədən şübhələnir?
18 fevral 2026, 09:01
- ↺ +

Bazarlarda "kənd məhsulu" qıtlığı: Alıcılar nədən şübhələnir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bazarlarda "kənd məhsulu" adı ilə satışa çıxarılan süd, qatıq, kərəyağı və müxtəlif meyvə-tərəvəzlər ilk baxışdan təbii təsir bağışlasa da, alıcıların böyük hissəsi bu məhsulların həqiqətən təbii şəraitdə yetişdirilib-yetişdirilmədiyinə şübhə ilə yanaşır.

Xezer TV-nin məlumatına görə, xüsusilə bölgələrdən gətirilən məhsulların bazara çıxışı azalıb. Satıcılar bildirirlər ki, kənd təsərrüfatı məhsullarının həcmi əvvəlki illərlə müqayisədə xeyli azdır və olan məhsullar daha çox yerində satışa yönəlir.

Şəkidən olan satıcıların sözlərinə görə, iqlim şəraiti və təsərrüfat imkanlarının məhdudluğu istehsala birbaşa təsir göstərir:
"Kənd məhsulu azdır. Otlaq sahələri yoxdur, mal saxlamaq çətindir. Camış yağı təxminən 25 manata, inək yağı isə 20 manata satılır. Meyvələrin qiyməti isə 2–5 manat arasında dəyişir".

Qida məsələləri üzrə ekspert Seymur Qafarov bildirir ki, əsl kənd məhsulu dedikdə sənaye üsulu ilə deyil, kiçik təsərrüfatlarda, mövsümə uyğun və minimal müdaxilə ilə yetişdirilən qidalar nəzərdə tutulmalıdır. Lakin bazarda nəzarət və sertifikatlaşdırma mexanizmlərinin zəif olması istehlakçı üçün real fərqi müəyyən etməyi çətinləşdirir.

Ekspertə görə, bəzi hallarda məhsulların kustar qablaşdırılması, xarici görünüşünün "təbii" təsiri bağışlaması və ya heyvan mənşəli məhsullarda vizual effektlərin yaradılması alıcıları çaşdıra bilər. Bu səbəbdən məhsulun yalnız görünüşünə deyil, keyfiyyət göstəricilərinə də diqqət yetirilməlidir.

Mütəxəssislər vurğulayır ki, məsələ artıq yalnız qiymət və dadla məhdudlaşmır. Burada əsas faktor etibar, nəzarət mexanizmləri və istehsal mədəniyyətidir. Dəstək və tənzimləmə mexanizmləri gücləndirilməzsə, "kənd məhsulu" anlayışının məzmunu getdikcə zəifləyə bilər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər