top
Sumqayıtdan Siyəzənin ucqar kəndinə uzanan müəllimlik sevgisi
Foto
27 may 2026, 10:27
- ↺ +

Sumqayıtdan Siyəzənin ucqar kəndinə uzanan müəllimlik sevgisi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Siyəzənin ucqar kəndinə şagirdlərə təsviri incəsənət fənnini tədris edən Nərgiz İsmayılova hər həftə Sumqayıtdan Yanıq Ələzə uzun yol qət edir.

Azedu.az-ın məlumatına görə, 26 yaşlı müəllimə əslində tibb sahəsində təhsil alıb. Gəncə Tibb Kollecində feldşer ixtisasını bitirsə də, ürəyindəki müəllimlik arzusu onu tam fərqli yola aparıb. O, sonradan ali məktəbə hazırlaşaraq Gəncə Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasına qəbul olub.

Hazırda Siyəzən rayonunun Yanıq Ələz kənd məktəbində çalışan Nərgiz müəllimə həftənin bir günü Sumqayıtdan uzun və çətin yol qət edərək kənd məktəbinə gedir. Məktəbdə dərs saatı az olduğuna görə bütün dərslərini bir günə toplayıb.

Müəllimə deyir ki, ailəsi onu həkim kimi görmək istəsə də, o, müəllimlik sevgisindən vaz keçə bilməyib:

"Fikirləşdim ki, insan sevdiyi peşə ilə məşğul olanda daha uğurlu olur. Tibb sahəsində işləyə bilərdim, amma müəllimlik mənim ruhuma daha yaxındır", – deyə Nərgiz İsmayılova bildirib.

O qeyd edir ki, şagirdlərlə münasibəti yalnız dərs saatları ilə məhdudlaşmır. Müxtəlif əl işləri, plakatlar və rəsmlər hazırlayan müəllimə şagirdlərlə onlayn şəkildə də əlaqə saxlayır, onların çəkdikləri rəsmlərə məsafədən dəstək olur.

Nərgiz müəllimənin ən böyük arzularından biri ucqar kəndlərdə yaşayan uşaqların təhsildən uzaq düşməməsidir:

"İstəyirəm ki, onlar 9-cu sinifdən sonra təhsili yarımçıq qoymasınlar. Bacarıqlı uşaqların oxumasını, inkişaf etməsini görmək mənə xoşbəxtlik verir", – deyə o vurğulayıb.

Müəllimənin sözlərinə görə, ilk aylarda məktəbə gedib-gəlmək olduqca çətin olub. Kənd yolunun yararsız vəziyyətdə olması səbəbindən o, digər müəllimlərlə və ya xüsusi nəqliyyat vasitələri ilə məktəbə çatmağa çalışıb. Sonradan yolun təmir olunması vəziyyəti nisbətən yüngülləşdirib.

Nərgiz İsmayılova gələcəkdə magistratura təhsili almağı və müəllimlik sahəsində daha da inkişaf etməyi planlaşdırır.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər