Xaçmazı təmsil edən “NTD-İndigo”nun basketbolçusu Qalen Smit klubun mətbuat xidmətinə açıqlama verib. Bu barədə ShimalNews 11 yanvar tarixində məlumat verir.
25 yaşlı idmançı Azərbaycan çempionu olmaq istədiyini söyləyib:
“İddialı komandamız var. Azərbaycan Liqası haqqında ətraflı məlumatım yoxdur. Ancaq buraya gəlməzdən əvvəl “NTD-İndigo”nun bir neçə oyununa baxdım. Komanda çox yaxşı təəssürat yaratdı. Klubuma titullar qazanmaqda kömək etmək istəyirəm”.
Qalenin müqaviləsi mövsümün sonuna qədər imzalanıb. Bundan öncə onun Gürcüstanın “Kavkasia” klubunda çıxış etdiyi haqda xəbər vermişdik.