Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Fəxri diplomla təltif edilib. Bu haqda ShimalNews 12 yanvar tarixində Qaynarinfo-ya istinadən məlumat verir.
Şair 70 illik yubileyini evində dostları və yaxınları ilə birgə qeyd edib. Onu ilk təbrik edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov olub. Bu barədə danışan sənətkar onun hədiyyəsini də açıqlayıb:
“Ünvanıma xoş sözlər dedi. Əlbəttə, onun dilindən belə sözlərin səslənməsi məni çox sevindirdi və yubileyimə yeni mahnılar hədiyyə etdi. Vaxt tapan kimi bir araya gəlib, mahnıların üzərində işləyəcəyik. Həmin mahnıların hansı müğənnilərin ifasında səslənəcəyini müzakirə edəcəyik”.
Xadimi təbrik edənlərin arasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, mədəniyyət naziri Adil Kərimli olublar. Nazirliyin adından şairə gül dəstəsi göndərilib və Fəxri diplom təqdim edilib.