Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət olunub.
“APA”nın xəbərinə görə, bu haqda Moskva müxbirinə diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Azərbaycan tərəfi Rusiya XİN-ə nota göndərib.
Adları çəkilən Azərbaycan vətəndaşları may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilib. Onlara zorla sənəd imzalatdırıb, Ukrayna ilə müharibə zonasına göndərildikləri iddia olunub.