Dünyaca məşhur müğənni Araş istirahət üçün Qusara təşrif buyurub. Bu barədə ShimalNews 19 fevral tarixində məlumat verir.
Sənətçi Şahdağda ailəvi xizək sürərkən xatirə şəkillərini öz sosial şəbəkələrində bölüşüb.
Araş 2009-cu ildə Aysel Teymurzadə ilə birlikdə Azərbaycanı 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil edib.