Qubada fəaliyyət göstərən apteklərdə növbəti yoxlamalar aparılıb. Bu barədə ShimalNews 14 aprel tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Yoxlama istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılıb. Nəticədə Fətəlixan küçəsində yerləşən "Baza" aptekdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi aşkar edilib.