“Quba - İdman Paytaxtı 2024” çərçivəsində Azərbaycan Alpinizm Federasiyasının üzvləri Qusar rayonuna yürüşə yola salınıblar. Bu haqda ShimalNews 26 yanvar tarixində məlumat verir.
Marşrut Laza kəndindən başlayıb. Mərasimdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Azərbaycan Alpinizm Federasiyasının üzvləri Aleksandr Nəcəfov, Nima Şahmohammadi və idman könüllüləri iştirak ediblər.
25-28 yanvar tarixlərində keçiriləcək yürüşün məqsədi marşrutların GPS işarəsi, qar səviyyəsinin və marşrutların təhlükəsizliyinin yoxlanılmasıdır.