Qubada 100-ə yaxın ağac çıxarılaraq yenisi ilə əvəz olunur. Bu barədə ShimalNews 26 yanvar tarixində məlumat verir.
İşlər Şəhidlər xiyabanının yaxınlığında 223-cü atıcı diviziya küçəsində icra olunur. Məlumata görə, burada digər ağaclar əkiləcək.
İki il bundan öncə adıçəkilən ərazidə Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası keçirilmişdir. Bununla bağlı xəbər dərc etmişdik.