Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Xaçmaz rayonunda vətəndaşları qəbul edib. Bu haqda 1 iyun tarixində ShimalNews quruma istinadən məlumat verir.
Nazir müavini Hidayət Abdullayev qurumun səlahiyyət dairəsinə aid müraciətləri cavablandırıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Görüşdə şəhid ailələrinin üzvləri və müharibə veteranları da iştirak ediblər. Hidayət Abdullayev onların sosial vəziyyəti ilə maraqlanıb.