Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara 3 milyon manatdan artıq ziyan vuran şəxs saxlanılıb. Bu barədə ShimalNews 16 fevral tarixində DİN Mətbuat Xidmətinə istinadən xəbər verir.
Polis əməkdaşları daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə rayon sakini Ceyhun Əsgərov saxlanılıb.
Həmin şəxs bir neçə vətəndaşın etibarından sui-istifadə etməklə külli miqdarda əmlak ələ keçirib və ümumilikdə 3.000.000 manatdan artıq zərər vurub.
Məhkəmənin qərarı ilə Ceyhun Əsgərov barəsində həbs qətimkan tədbiri seçilib.