Quba, Qax və Qəbələ də daxil olmaqla beş rayonda tikinti və istirahət obyektləri inşa edəcəyini vəd edən şirkət rəhbəri 19 nəfərə qarşı dələduzluqda təqsirli bilinib.
Shimal.News xəbər verir ki, "T-Group" MMC-nin direktoru Teymur Məhərrəmov ev, hovuz və istirahət guşələri tikmək adı ilə vətəndaşlardan ümumilikdə 1 milyon manata yaxın pul alıb.
Məlumata görə, tikinti işləri üçün Qubanın Qəçrəş kəndində 150 min manat, Qaxın Qaxbaş kəndində 96 min manat, Qəbələdə isə 82 min manat ödənilib. Lakin vəd edilən işlər yerinə yetirilməyib. Bundan sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Məhərrəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: 1news.az