I Liqanın 9-cu turunda "Xankəndi"ni qəbul edəcək "Zaqatala" komandasında futbolçu itkisi var.
Shimal.News xəbər verir ki, komandanın üzvü İbrahim Ramazanov qarşıdakı matçda meydana çıxa bilməyəcək.
Buna səbəb futbolçunun sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir.
Ramazanovun yoxluğu "Zaqatala"nın "Xankəndi" ilə qarşılaşmasında heyət seçiminə təsir edəcək.