Şamaxıda dörd rayonun sakinləri iqtisadiyyat nazirinin müavini ilə birbaşa görüşərək onları narahat edən məsələləri qaldıra biləcəklər.
Shimal.News xəbər verir ki, noyabrın 27-də iqtisadiyyat nazirinin müavini Azər Bayramov Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.
Görüş saat 11:00-da Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının inzibati binasında (Şamaxı şəhəri, M.Şəhriyar küçəsi 36) keçiriləcək.
İştirak etmək istəyənlər İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçə və ya "195-1" Çağrı Mərkəzinə zəng edə bilərlər. Qəbul zamanı nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlər müzakirə olunacaq.