top
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
Bu gün, 12:14
- ↺ +

Bu gün Azərbaycan Kəlağayısı Günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün - 26 noyabr Azərbaycan Kəlağayısı Günüdür.

Kəlağayı Azərbaycan xalqının milli kimliyini, zərifliyini və əsrlərdən süzülüb gələn sənətkarlıq ənənələrini özündə birləşdirən mənəvi sərvətimizdir. İpəyin zərifliyində, naxışların ahəngində, rənglərin harmoniyasında yaşanan bu sənət xalqımızın mədəni yaddaşının ayrılmaz hissəsidir.

Azərbaycanda istehsalı qədimdən məlum olan kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadınlar üçün nəzərdə tutulmuş baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna "çarqat" da deyilir.

Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkəmizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir. Bu hadisə xalqımızın əsrlər boyu qoruyub saxladığı sənət ənənələrinin bəşəriyyətin ortaq mədəni irsinin bir hissəsi kimi əhəmiyyətini nümayiş etdirir.

Qeyd edək ki, Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı.

Kəlağayının haşiyəsi, bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları ornamentlərinə görə bir-birindən seçilirdi.

Məşhur çeşnilər, təbii boyaqlar və zəriflik rəmzi

Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.

Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılara üstünlük verirlər.

Kəlağayı qədim adətlərimizin də ayrılmaz tərkib hissəsi olub, öz rəngləri ilə xeyir, şər, səadət və bədbəxtlik barədə xəbərdaredici rol oynayıb. Gəlin gətirilərkən başına ağ kəlağayı örtmək, gəlin arabasının qabağına ağ, soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq, hüzn, matəm günləri evlərin qarşısından qara kəlağayılar asmaq, niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə kəlağayı pay vermək kimi adətlərimiz buna nümunədir.

Basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda da şöhrət qazanmışdır. Şəki və Basqal kəlağayıları sırasında "Şah buta", "Saya buta", "Xırda buta" çeşnilərindən daha çox istifadə olunmuşdur. "Heyratı", "Soğanı", "İstiotu", "Albuxarı", "Abi", "Yeləni" adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların və turistlərin zövqünü oxşamış, bu sənət nümunələri sərgilərdə, yarmarkalarda nümayiş etdirilmişdir.

Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Bu kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, işvəkar təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənmişdir.

Kəlağayı istehsalında müxtəlif rəng çalarlarından istifadə olunur. Müxtəlif bitki növlərindən – sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır.

Kəlağayılar el sənətinin zərif, rahat, qadınlara gözəllik gətirən ismət simvolu sayılır.

Mənbə: AZƏRTAC

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 12:13

Siyəzəndə 80 milyonluq layihələrə start verildi

Cəmiyyət
Bu gün, 12:13

Qubada profilaktik tədbir keçirilib

İdman
Bu gün, 12:01

Qəbələdə 16 komandanın qatıldığı futzal turnirinə start verildiv

İqtisadiyyat
Bu gün, 11:28

Xaçmazda məktəb qarşısında tıxac: Alternativ giriş qapısı niyə açılmır?

Cəmiyyət
Bu gün, 11:00

Quba kənd məktəbinə yeni direktor təyin olundu

Hadisə
Bu gün, 10:37

İsmayıllıda 28 yaşlı kişi bıçaqlandı – şübhəli şəxs saxlanıldı

Cəmiyyət
Bu gün, 10:08

İsmayıllının 5 kəndində yol, su və istilik problemləri həll edildi

Cəmiyyət
Bu gün, 09:05

Qaxa düşən yağıntının miqdarı 15 mm-dir

İdman
Dünən, 18:00

Quba stadionunda böyük yenilik: Almaniya şirkəti işə cəlb olundu

Hadisə
Dünən, 17:12

Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub

Hadisə
Dünən, 16:28

İsmayıllıdan olan 20 yaşlı tələbənin meyiti tapıldı

Hadisə
Dünən, 16:10

İslam Rzayevin 3 milyon manatlıq əmlakına həbs qoyuldu

Hadisə
Dünən, 15:30

Qubada sevgi üçbucağı: kredit, iki qadının saçyoldusu

Cəmiyyət
Dünən, 14:55

Şəkidə üç oğlan sevinci: Körpələr evə buraxıldı - FOTO

Cəmiyyət
Dünən, 14:30

30 ilin əlillik müavinəti dayandırıldı - Qazi çətin vəziyyətə düşdü

Cəmiyyət
Dünən, 13:59

Din xadimləri Qəbələdə dini həmrəylik və birgəyaşayış mövzusunu müzakirə ediblər

Cəmiyyət
Dünən, 13:26

Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılıb - FƏRMAN

Cəmiyyət
Dünən, 13:00

Azər Bayramov Şamaxıda dörd rayonun sakinlərini qəbul edəcək

Cəmiyyət
Dünən, 12:22

Qusarda yeni elektron tərəzi quraşdırılıb

Cəmiyyət
Dünən, 11:31

Dövlət məktəblərində direktor vəzifəsi üçün sənəd qəbulu başlayır

Kriminal
Dünən, 11:12

Qusarda ana ölümü: Ekspert rəyi niyə gecikir?

Hadisə
Dünən, 10:41

"Giləzi"nin direktoru həbs edildi: 400 tonluq təhlükəli toyuq əti qalmaqalı

İqtisadiyyat
Dünən, 10:36

Fermerlərə kredit güzəşti: 19 faizini dövlət ödəyəcək

Oxşar xəbərlər