"Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi" MMC-nin saxlama anbarlarında antisanitar vəziyyəti əks etdirən görüntülər yayılıb.
Videomaterial Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən paylaşılıb.
Xatırladaq ki, ötən gün müəssisədə yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti məhsulu aşkarlanıb. Faktla bağlı müəssisəyə faktiki rəhbərlik edən Mahir Mirzəyev, direktor Elşən Usubov və kəsim sexinin müdiri Nazim Məmmədov cinayət məsuliyyətinə cəlb ediliblər. Məhkəmənin qərarı ilə Elşən Usubov barəsində həbs, digər iki şəxs barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.