Xaçmazda dəniz kənarında batan avtomobilləri çıxarmaq istəyən texnikalar çətin vəziyyətə düşüblər. Əvvəlcə evakuator, daha sonra isə əraziyə gətirilən bir neçə traktor da sahildə batıb.
Shimal.News xəbər verir ki, qeyri-adi hadisə rayonun dənizkənarı ərazisində baş verib.
İlk olaraq sahildə batan avtomobili çıxarmaq üçün evakuator cəlb olunub. Lakin onu xilas etməyə gələn texnika da quma bataraq hərəkətsiz qalıb. Bundan sonra əraziyə bir neçə traktor gətirilib. Nəticədə onlar da batıb.
Beləliklə, bir avtomobili çıxarmaq üçün başlayan əməliyyat texnikanın ardıcıl şəkildə quma batması ilə nəticələnib.
Sonda ekskovator vasitəsi ilə batan texnikanı çıxarmaq mümkün olub.