Qubada yol hərəkəti təhlükəsizliyinin təmin olunması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirilib.
Tədbir zamanı polis əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər aparıblar.
Sürücülərə yol hərəkəti qaydalarına əməl etməyin, sürət həddini aşmamağın, təhlükəsizlik kəmərindən istifadə etməyin və avtomobili idarə edərkən diqqətli olmağın vacibliyi izah edilib.
Bununla yanaşı, nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirilməsi, nasaz avtomobillərin istismarına yol verilməməsi ilə bağlı xəbərdarlıqlar edilib. Aşkar olunan çatışmazlıqların aradan qaldırılmasının vacibliyi sürücülərin diqqətinə çatdırılıb.
Bildirilib ki, bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.