18 noyabr 2026-cı il tarixində Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 20 yaşlı Nəsrəddin Şahaliyevin meyiti bu gün (25.11.2026) tapılıb.
Shimal.News xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin meyiti dalğıc-xilasedicilər tərəfindən batdığı ehtimal edilən yerdən 600 metr aralıda, nəzarətsiz ərazidə aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, İsmayıllı rayonundan olan Nəsrəddin Şahaliyev Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi olub. Onun Sumqayıt Dənizkənarı Bulvarında dənizdə batması ilə bağlı noyabrın 18-də FHN-ə məlumat daxil olub.