İsmayıllının bir neçə kəndində sakinlərin rifahını pozan çətinliklərlə bağlı tədbir görülüb.
Shimal.News xəbər verir ki, Ruşan–Vəng istiqamətindəki 7 kilometrlik daşlı yol İsmayıllı Rayon 9 saylı Yol İstismar İdarəsinin texnikası vasitəsilə düzəldilib.
Bundan başqa, Topçu kəndində kənddaxili yollarda təmir-bərpa işləri aparılıb, Qubaxəlilli kəndində subartezian nasosu dəyişdirilib.
Mingə kəndindəki tibb məntəqəsinin istilik problemi də həll olunub. Sakinlərin müraciətindən sonra tibb məntəqəsi istilik sistemi ilə təmin edilib.
Bildirilib ki, səyyar qəbullarda qaldırılan digər məsələlərin həlli istiqamətində də işlər davam etdirilir.![]()
![]()
![]()
![]()