top
Bu həkimlər 3 min manat əməkhaqqı alacaq
02 sentyabr 2026, 12:30
- +

Bu həkimlər 3 min manat əməkhaqqı alacaq

"Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq. Yeni yanaşma tibb işçisinin peşəkarlığının, məsuliyyətinin və iş yükünün əməkhaqqında daha dolğun əks olunmasını, eyni zamanda, fəaliyyət və keyfiyyət göstəriciləri vasitəsilə pasiyent məmnuniyyətinə müsbət təsirin gücləndirilməsini nəzərdə tutur".

Bunu Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1150 manatdan 2000 manata çatdırılacaq. Bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir. Təcili tibbi yardım xidmətində çalışan həkimlər üçün də əhəmiyyətli artımlar nəzərdə tutulub. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkiminin əməkhaqqı 1550 manatdan 2200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1550 manatdan 2500 manata yüksələcək. Beləliklə, artım 950 manat və ya 61 faiz təşkil edəcək. 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2100 manatdan 3000 manata çatdırılacaq", - o qeyd edib.

Anar Bayramov deyib ki, islahatın əsas istiqamətlərindən biri həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması və regionlarda kadr təminatının gücləndirilməsidir. Bu məqsədlə Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda kadr çatışmazlığının daha çox müşahidə edildiyi ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr tətbiq olunacaq: 

"Belə ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1450 manatdan 3000 manata yüksələcək. Bu, 107 faiz artım deməkdir. Neonatoloqların əməkhaqqı 1450 manatdan 2400 manata çatdırılacaq ki, bu da 950 manat və ya 66 faiz artım deməkdir. Hemodializ həkimlərinin əməkhaqqı isə 1450 manatdan 2250 manata çatdırılacaq ki, bu da 800 manat və ya 55 faiz artım deməkdir. Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1450 manatdan 2150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir".

Son xəbərlər

İdman
Bu gün, 13:41

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

Cəmiyyət
Bu gün, 13:00

Qubada sürücülər gözləyən təhlükə: su kanalının üstü açıq qalıb

Hadisə
Bu gün, 12:05

Qəbələdə avtomobilin vurduğu piyada 5 gün sonra həyatını itirdi

Cəmiyyət
Bu gün, 11:05

Qubada bu bələdiyyələrin adı dəyişdirilir

İdman
Bu gün, 10:16

Şimalın komandaları cərimələndi – AFFA qərar verdi

Hadisə
Bu gün, 09:29

Muğanlı aşırımında toyuq daşıyan yük avtomobili aşdı – VİDEO

İdman
Dünən, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
Dünən, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
Dünən, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
Dünən, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
Dünən, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
Dünən, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
Dünən, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
Dünən, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
Dünən, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
Dünən, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
Dünən, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
Dünən, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Cəmiyyət
14 sentyabr 2026, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
14 sentyabr 2026, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
14 sentyabr 2026, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
14 sentyabr 2026, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
14 sentyabr 2026, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

Oxşar xəbərlər