I Liqada çıxış edən "Zaqatala" futbol klubunda məşqçilər korpusunda yeni təyinatlar olub.
Shimal.News-un məlumatına görə, baş məşqçi Raqif Əliyevin köməkçiləri müəyyənləşib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Vüsal Uluxanov və Firuddin Mövsümov baş məşqçinin köməkçiləri təyin olunublar.
Sərdar Sərdari isə qapıçılar üzrə məşqçi vəzifəsinə gətirilib.