Xaçmazlı idmançı 5-ci İslam Həmrəyliyi Oyunlarının mükafatçısı olub. Bu barədə ShimalNews 19 avqust tarixində Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
86 kiloqram çəki dərəcəsində çıxış edən kikboksçu Elvin Ağayev İslamiadanın gümüş medalına sahib olub.
Ümumilikdə yığmamız 99 medal qazanıb və yarışı 4-cü pillədə başa vurub.