Xaçmazda fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat Məktəbində rayon turniri keçiriləcək. Bu barədə ShimalNews 24 iyul tarixində Regional Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
25 iyul saat 10:00-da Quba - Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ilinə həsr olunmuş şahmat üzrə Xaçmaz rayon turniri keçiriləcək.