Xaçmazda məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 7 oktyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin idman zalında baş tutan turnirdə 8 komanda yarışıb. Tədbirə Gİİ-nin rəis müavini Mustafa Nuhbalayev, rayon üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov, Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun əməkdaşı Mövlan Əkbərov iştirak ediblər.
Birinciliyin keçirilməsində məqsəd voleybol idman növünün təbliği və inkişaf etdirilməsi, gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, voleybol üzrə rayon komandasının tərkibinin müəyyənləşdirilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Sonda qalib komandalara müvafiq dərəcəli diplomlar təltif edilib.