Xaçmazda idman tədbiri təşkil ediləcək. Bu haqda ShimalNews 18 iyul tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
"Boks hamı üçün" adlı görüş bu gün saat 17:30-dan 19:30-dək Xaçmaz şəhər Şəxsiyyətlər Parkı ərazisində yerləşən boks idman zalında keçiriləcək.
“İdman hamı üçün” layihəsi çərçivəsində baş tutacaq tədbirin keçirilməsində məqsəd olimpiya idman növü olan boksun təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.