Şimal bölgəsinin futbol komandaları üçün oyun cədvəli açıqlanıb.
ShimalNews xəbər verir ki, II Liqanın III turunda “Qusar” və “Dinamo” qarşılaşacaq. Oyun sentyabrın 16-sı, saat 16:00-da “Kapital Bank Arena”da (ehtiyat meydança) keçiriləcək. Sentyabrın 17-si isə “Şahdağ Qusar” və “Şimal” (Xaçmaz) matçı “Şamaxı OİK” stadionunda baş tutacaq.