Xaçmazda idarə, müəssisə və təşkilatlar arasında minifutbol turniri keçirilir. Bu haqda ShimalNews 15 iyul tarixində məlumat verir.
Yarışın 1/4 finalına A qrupundan FHN Regional Mərkəzi, Xaçmaz Regional Qaz İstismarı İdarəsi və "Həyat İnşaat" Ticarət Mərkəzi, B qrupundan "Avromed" QSC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Ərazi İdarəsi və "Kristall" Ticarət Mərkəzi, C qrupundan isə "Maliyyə" və Xaçmaz Rayon Polis Şöbəsinin komandaları vəsiqə qazanıb.
Püşkatma nəticəsində bu gün və sabah aşağıdakı komandalar bir-birinə rəqib olacaqlar:
"Avromed" QSC - "Həyat İnşaat" Ticarət Mərkəzi.
Xaçmaz Rayon Polis Şöbəsi - DƏKR PHŞ 5 saylı Ərazi İdarəsi.
Oyunlar Xaçmaz şəhərində yerləşən minifutbol meydançasında keçirilir.