Avqustun 16-da Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda küləkli hava gözlənilir.
Shimal.News-un məlumatına görə, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı xəbərdarlıq yayıb.
Həmin rayonlarda şərq küləyinin sürətinin saniyədə 13,9–20,7 metr olacağı bildirilir.
Sakinlərə və sürücülərə küləkli hava şəraitində ehtiyatlı olmaları tövsiyə olunur.