Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən Xaçmazın “Şimal” futbol klubu növbəti matçını keçirib. Bu haqda ShimalNews 2 iyul tarixində xəbər verir.
“B qrupu”nda növbəti rəqibimiz İsveçrənin “Qothenburq” klubu olub. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Bununla “Şimal” kubokda mübarizəsini dayandırıb.
Daha öncə komandamızın ilk oyunda “Football School Bridge” (Gürcüstan) klubuna 0:5 hesabı ilə uduzması haqqında baş məşqçi Tural Cəlilovun fikirlərini dərc etmişdik.